İlkin Rəcəbli

İdarə Heyətinin sədr müavini
14 sentyabr 1987-ci ildə Qax rayonunda anadan olub. 2005–2009-cu illərdə ali təhsilini Bakı Avrasiya Universitetinin Beynəlxalq Jurnalistika fakültəsində almışdır. 2009–2011-ci illərdə Müdafiə Nazirliyində Təhqiqatçı vəzifəsində, leytenant rütbəsi ilə xidmət aparmışdır. 2011–2013-cü illərdə Xəzər TV-də ixtisası üzrə çalışmışdır. 2013–2017-ci illərdə İş Adamları Birliyində aylıq jurnalların redaktoru və sahibkarlar üzrə koordinator vəzifəsini icra etmişdir. 2018-ci ildə “Sarvagelli” şirkətini təsis etmişdir və hal-hazırda həmin şirkətdə direktor vəzifəsini icra edir. 2023-cü ildən İCMA-nın sədrinin müavinidir.