Abbas Orucəliyev
İdarə Heyətinin üzvü
Abbas Rəşid oğlu Orucəliyev 31 dekabr 1982-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Sumqayıt şəhəri 1 saylı orta məktəbi bitirib. 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsində bakalavr, 2005-ci ildə isə həmin fakültənin magistr pilləsini tamamlamışdır. İkinci təhsil olaraq 2022-ci ildə Sumqayıt Dövlət Universitetinin Audit ixtisası üzrə bakalavr pilləsini bitirmişdir.
Əmək fəaliyyətinə 2002-ci ildə şəxsi biznesi ilə başlamışdır. 2008–2011-ci illərdə “Azər Holdinq”, 2011–2014-cü illərdə “Azərsu” ASC, 2014–2017-ci illərdə “Access Bank” ASC-də müxtəlif vəzifələrdə çalışmışdır. 2017-ci ildə “Məsləhətçi Group” şirkətində menecer olaraq fəaliyyətə başlamış və hal-hazırda həmin şirkətin həmtəsisçisidir. Sərbəst auditor kimi Azərbaycan Auditorlar Palatasının üzvüdür.
Ailəlidir və iki övladı var.