Cahid Quliyev

İdarə Heyətinin üzvü
Cahid Şahmar oğlu Quliyev 31 iyul 1987-ci ildə Füzuli şəhərində anadan olub. 2005-ci ildə “Dədə Qorqud” Özəl Türk Litseyini, 2009-cu ildə isə Xəzər Universitetinin “Neft Mühəndisliyi və Menecment” fakültəsini bitirib. “Newcastle” Universitetində “Yenilənəbilən Enerji Mənbələri Mühəndisliyi” ixtisası üzrə magistr dərəcəsinə sahibdir. Əmək fəaliyyətinə 2011-ci ildə Azərbaycan Respublikası Energetika Nazirliyi tabeliyində Alternativ və Bərpa Olunan Enerji Agentliyində aparıcı məsləhətçi vəzifəsində başlayan Cahid Quliyev 2015-ci ildən özəl sektorda fəaliyyət göstərir. O, eyni zamanda “İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası” ictimai birliyinin idarə heyətinin üzvüdür.