Mehman Məmmədov
İdarə Heyətinin üzvü
Mehman Məmmədov Muğan oğlu
13 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri 264 nömrəli Müəllif Məktəb-Liseyini bitirib və həmin il dövlət proqramı ilə Türkiyənin Erciyes Universitetinin İnşaat Mühəndisliyi fakültəsinə qəbul olunub, 2002-ci ildə məzun olub.
2003-cü ildə Türkiyədə şəxsi biznes fəaliyyətinə başlayaraq “Mugan İnşaat və Dış Ticarət” şirkətini, 2006-cı ildə isə “Mugan Group” şirkətini təsis edib. Bu şirkətlər Türkiyə istehsalı tikinti materiallarının istehsalı, ixracatı və inşaat fəaliyyəti ilə məşğuldur.
2012-ci ildə Azərbaycanda inşaat sektorunda fəaliyyət göstərən “CCS” (Caspian Construction Systems) MMC, “BMY Caspian” MMC və “CCS.az” MMC şirkətlərinin həmtəsisçisi və rəhbəri olmuşdur.
Mehman Məmmədov, həmçinin Swiss Montreux Business School-da “Master in Strategic Management” ixtisası üzrə magistr dərəcəsinə sahibdir.