İCMA ilə Bakı Peşə Hazırlığı Mərkəzi arasında tanışlıq və əməkdaşlıq məqsədilə növbəti görüş keçirilib.

29 iyul İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA), Bakı Peşə Hazırlığı Mərkəzi arasında tanışlıq və əməkdaşlıq məqsədilə növbəti görüş keçirilib. Görüş Bakı Peşə Hazırlığı Mərkəzinin direktoru Vüqar Xəlilov və mərkəzin əməkdaşları və İCMA-nın “Pəncərə istehsalçıları” komissiyasının üzvlərinin iştirakı ilə baş tutub.

Tədbirin əsas hədəfi peşə təhsili sahəsində olan resurslar və infrastrukturla tanış olmaq, əmək bazarının ehtiyaclarına uyğun kadr hazırlığı imkanlarını qiymətləndirmək və əməkdaşlıq üçün potensial istiqamətləri müzakirə etməkdən ibarət olub. Görüş zamanı sahibkarlar müəssisələrinin fəaliyyət sahələrinə uyğun olaraq peşə təhsili ilə bağlı ehtiyac və gözləntilərini bölüşüb, təkliflərini təqdim ediblər. Bakı Peşə Hazırlığı Mərkəzinin rəhbərliyi isə hazırda fəaliyyət göstərən təlim proqramları, texniki imkanlar və məzunların işlə təmin olunması barədə ətraflı məlumat verib.

Digər xəbərlər

Sahibkarlarla ənənəvi iftar süfrəsi keçirilib.

“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinin yekun tədbiri keçirilib.

İCMA-nın təşəbbüsü ilə təhsil sektoruna həsr olunmuş sektorial görüş keçirilib