İCMA-nın Mebel Komissiyasının üzvləri Özbəkistan və Çinə işgüzar səfərlər həyata keçirib.

İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) Mebel Komissiyasının üzvləri, 25 iyul – 6 avqust tarixləri arasında Özbəkistan və Çinə işgüzar səfərlər həyata keçirib. İlk səfər Özbəkistana, daha sonra isə Çinə baş tutub.

Səfərin əsas məqsədi, hər iki ölkənin mebel sənayesindəki bazar mühitini öyrənmək və əməkdaşlıq imkanlarını dəyərləndirmək olub.

Səfər çərçivəsində, iştirakçılar yerli istehsalçılarla görüşlər keçirərək, bazar tələbləri, istehsal üsulları və texnologiyalar haqqında ətraflı məlumat alıblar. Potensial tərəfdaşlarla müzakirələr aparılaraq, gələcək əməkdaşlıq perspektivləri barədə ilkin təhlillər aparılıb.

Bu səfər, İCMA-nın üzv şirkətlərinin beynəlxalq bazarda daha da rəqabət güclü olmalarını təmin etmək məqsədini daşıyıb.

Digər xəbərlər

İCMA-nın təşəbbüsü ilə səhiyyə sektorunda dövlət–özəl əməkdaşlığı müzakirə olunub

“Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə keçirilib.

Ulu Öndərin məzarı ziyarət olunub